18 Fevral 2015 21:36
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Parlamenti Kirill Qaburiçin Baş nazir vəzifəsinə namizədliyini təsdiq edib.

Teleqraf.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, parlament yeni Baş nazirin təqdim etdiyi proqramı və hökumətin yeni tərkibini də təsdiq edib.

Qeyd edək ki, iqtidar koalisiyasına daxil olan Liberal-Demokratlar Partiyası bundan əvvəl Prezident Nikola Timoftiyə Baş nazir vəzifəsinə K.Qaburiçin namizədliyini təqdim etmişdi.

Xatırladaq ki, 38 yaşlı K.Qaburiç 2012-2014-cü illərdə Azərbaycanda “Azercell” şirkətinin prezidenti olub.


Müəllif: