18 Fevral 2015 23:10

Fransa, Ukrayna, Rusiya prezidentləri və Almaniya kansleri bu gün telefonla Ukrayna problemini müzakirə edəcəklər. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

Teleqraf.com Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Dimitri Peskov telefon danışıqlarında, həmçinin Debaltseva şəhərindəki vəziyyətin də müzakirə ediləcəyini deyib. Fransua Olland, Pyotr Poroşenko, Angela Merkel və Vladimir Putin fevralın 11-12-də Minskdə görüşmüşdülər.

Danışıqlar nəticəsində Ukraynanın şərqindəki münaqişənin həllinə dair kompleks tədbirlər barədə sənəd imzalanıb və atəşkəsə dair razılaşma əldə olunub. ATƏT müşahidəçiləri hazırda döyüşlərin getdiyi Debaltseva şəhəri istisna olmaqla atəşkəs rejiminə ümumən əməl edildiyini bildirirlər.

Qeyd edək ki, bu gün Pyotr Poroşenko Ukraynanın cənub-şərqindəki vəziyyətlə yerində tanış olmaq üçün hərbi əməliyyatlar zonasına gedib.


Müəllif: