19 Fevral 2015 08:10
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Debaltsevoda Ukrayna ordusuna qarşı müasir silahdan istifadə edib”.

Teleqraf.com-un məlumatına görə, bunu NATO-nun baş katibi Cens Stoltenberg Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Riqada keçirilən qeyri-rəsmi görüşündə jurnalistlər qarşısında çıxış edərkən deyib.

O, Rusiyanı öz ordusunu Ukraynanın şərqindən çıxarmağa, Minsk razılaşmasına hörmətlə yanaşmağa və separatçılara dəstəyi dayandırmağa çağırıb.

Stoltenberg bildirib ki, NATO Ukraynaya siyasi dəstəyi davam etdirəcək.


Müəllif: