19 Fevral 2015 10:26

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Donetsk və Luqanskda təmas xəttində sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün BMT və Avropa İttifaqına müraciət etmək barədə qərar qəbul edib.

Teleqraf.com bildirir ki, Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov Radanın bu qərarı dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Rusiya isə bu qərarın əleyhinə olduğunu bəyan edib. Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin bildirib ki, sülhməramlıları dəvət etməsi ilə Ukrayna Minskdə əldə olunmuş razılığı şübhə altına qoyur.

“Minsk razılşamasına görə, Donetsk və Luqanskda yerli milis yaradılacaq. Ərazinin bölügüsü ilə bağlı isə ATƏT monitorinq aparacaq. Əgər indi burada hansısa başqa sxemlər ortaya çıxırsa, bu zaman sual yaranır. Kiyev Minsk razılaşmasını icra etmək istəyir, ya yox?”- deyə Çurkin bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Poroşenko ölkənin şərqində Avropa İttifaqının polis missiyasının beynəlxalq işitarkını optimal format saydığını demişdi.

X.SƏFƏRLİ


Müəllif: