15 May 2014 21:45
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimi İranın Suriya ilə əlaqədar təklif etdiyi həll variantını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İbrahimi iki ildir icra etdiyi vəzifəsindən istefa etməmişdən öncə İranın irəli sürdüyü layihədən danışıb.

İbrahiminin dediyinə görə, İran ilk öncə Suriyada yeni bir rəhbərliyin qurulmasını, prezidentin səlahiyyətlərini məhdudlaşdıran yeni bir konstitusiya istiqamətində işlər aparılmasını və 4 mərhələdən ibarət həll variantını təklif edir.

Qeyd edək ki, Rusiya da BMT Təhlükəsizlik Şurasına Suriyada atəşkəsin elan edilməsi üçün yeni bir layihə təqdim edib.


Müəllif: