15 May 2014 21:33
866

Türkiyənin Manisa vilayətində yerləşən Soma kömür mədənində baş vermiş dəhşətli faciə heç kimi laqeyd qoymayıb.

Bülent Ersoy da Soma faciəsindən danışdı.

Teleqraf.com-un məlumatına görə, Türkiyə ilə yanaşı xarici ölkə və Azərbaycandan da sənətçilər arasında vəfat edən və ciddi zərər alan insanların dərdini bölüşənlər oldu. Hal-hazırda isə Türkiyənin məşhur müğənnisi Bülent Ersoy faciədə həlak olmuş mədənçilərin ailələrinə başsağlığı verib və maddi və mənəvi istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Rassel Krou, Rihanna, Jeyms Foks kimi məşhur kino və musiqi ulduzları da İnstagram və Twitter səhifələrində Soma faciəsi ilə bağlı türk xalqına başsağlığı veriblər.

Xatırladaq ki, Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva faciədə vəfat edən insanların ailələrinə kömək olmaq üçün hər kəsi dəstək olmaqa çağırıb. /musavat/


Müəllif: Teleqraf.com