15 May 2014 22:10
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Şimali Afrikada vəziyyətin gərginləşməsi ilə bağlı İspaniyadakı hərbi bazasından təxminən 200 dəniz piyadasını Siciliyaya göndərir.

Teleqraf.com xəbər verir ki, Pentaqon sözçüsü polkovnik Steven Varren “Fövqəladə vəziyyətlə əlaqədar dəniz piyadalarının İtaliyaya göndərilməsinə qərar verdik. Şimali Afrikada vəziyyətin ciddi bir şəkildə gərginləşməsinin təhlükəli vəziyyət meydana gətirəcəyini düşünürük”, - deyə qeyd edib.

Pentaqon sözçüsü hansı təhdidlərdən bəhs edildiyi mövzusunda açıqlama verməsə də, son zamanlarda Liviyada baş verən hadisələrdən Amerikanın narahatlıq keçirdiyini ifadə edib.


Müəllif: