21 Fevral 2015 06:38
309

ABŞ-da heyvanat aləminin “Ancelina Coli”si adlandırılan Kristall adlı kaputsin-meymun kinematoqrafa verdiyi töhfəyə görə fəxri mükafata layiq görülüb.

Teleqraf.com-un məlumatına görə, İki yaşından “aktyorluğa” gələn 20 yaşlı Kristall ötən müddətdə “Muzeydə gecələr”, “Veqasda oğlan qonaqlığı”, “Həkim Dulittl” kimi bir çox məşhur filmlərdə çəkilib, televiziyanın aparıcı şou proqramlarında iştirak edib.

Kaputsin Kristalla heyvanlar üçün bir növ “Oskar” olan Pawscar (“pəncə”) mükafatı təqdim olunub. Hesabında onlarla rol olan meymun son dəfə “Muzeydə gecə: sərdabənin sirri” filmində çəkilib. Lakin o, təkcə bu filmə görə deyil, kinematoqrafiyada keçdiyi yaradıcılıq yoluna görə mükafatlandırılıb.Laureata fəxri mükafatı 1877-ci ildən heyvanların müdafiəsi ilə məşğul olan Amerikanın humanitar assosiasiyası təqdim edib.

Aktyor meymun öz təlimçisi Tom Hunderson ilə birgə Los-Anceles şəhərində yaşayır.Qeyd edək ki, “Baytarlıq klinikası” filmində Kristallın qonorarı epizoda görə 12 min dollar təşkil edib.


Müəllif: