21 Fevral 2015 10:15
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hər zaman kənardan edilən təzyiqlərə adekvat cavablar tapacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ordu Gününə həsr olunmuş təntənəli konsertdə etdiyi çıxışında deyib.

“Heç kim Rusiya üzərində hərbi üstünlüyə malik olmaq, ona hər hansı təzyiq göstərmək kimi illüziyalara qapılmamalıdır. Bu avantüralara bizim hər zaman adekvat cavablarımız var. Bizim əsgər və zabitlərimiz göstərdi ki, onlar qəti, peşəkar və mərdliklə ən çətin tapşırıqları yerinə yetirməyə hazırdırlar”, - Putin deyib.


Müəllif: