21 Fevral 2015 23:28
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD silahlıları siqaret çəkənlərə qarşı cəza tədbiri müəyyən edərkən aralarında yaranmış mübahisə zamanı bir-birini güllələyiblər.

Teleqraf/com-un “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Waradana agentliyinə hadisənin baş verdiyi Kərkük əyalətinin polis idarəsindən bildirilib.

“Onlar siqaret çəkən bir neçə gənci saxlayıblar və qadağanı ilk dəfə pozanları şallaqlamağa, pozuntuya təkrar yol vermiş şəxslərin isə barmaqlarını kəsməyə qərar veriblər”, deyə polis nümayəndəsi bildirib.

Lakin barmaq kəsmək qərarının olduqca ciddi və şəriətdə nəzərdə tutulmayan cəza tədbiri olduğunu iddia edən bir qrup silahlı hökmün icrasına qarşı çıxış edib. Yaranmış mübahisə atışma ilə nəticələnib, nəticədə 12 silahlı ölüb.


Müəllif: