22 Fevral 2015 02:51
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşmasının silahlıları İraqda ən qədim məscidlərdən birini – Əl Faruk məscidini partladıblar.

Teleqraf.com-un TASS-a istinadən məlumatına görə, Anbar əyalət administrasiyasının rəsmi nümayəndəsi Süleyman əl Kabisi məscidin tamamilə dağıdıldığını bildirib.

Qeyd edək ki, Ər Ramadi şəhərindən 90 km qərbdə yerləşən Əl Faruk məscidinin əsası VII əsrin birinci yarısında xəlifə Ömər ibn əl Xəttab tərəfindən qoyulub.

İŞİD silahlıları bir ildən az müddətdə İraqda 30-dək böyük tarixi əhəmiyyətə malik dini tikilililəri söküblər


Müəllif: