22 Fevral 2015 10:36
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit okeanın cənub-qərbində bir-birinin ardınca iki güclü zəlzələ baş verib. Bu barədə Avstraliyanın Geoloji Xidməti məlumat yayıb.

Teleqraf.com-un məlumatına görə, 5,5 bal gücündə ilk zəlzələ Yeni Qvineya dənizində qeydə alınıb. Zəlzələnin episentri Papua-Yeni Qvineyanın şərq sahillərindən 50 kilometr məsafədə, 198 kilometr dərinlikdə yerləşib.Bundan doqquz dəqiqə sonra isə Solomon dənizində 5,1 bal gücündə ikinci zəlzələ olub.

Onun episentrinin isə Solomon adalarının paytaxtı Honiaradan 150 kilometr qərbdə, 60 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Sunami təhlükəsi barədə məlumat verilməyib.


Müəllif: