22 Fevral 2015 18:20
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı dövlət çevrilişi ABŞ tərəfindən hazırlanıb”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov çıxış edib.

O, Kiyevdəki dövlət çevrilişi planının ABŞ səfirliyində saxlanıldığını bildirib:

“ABŞ-ın Yanukoviçi qəbul etməməsinə əsas səbəb bizim NATO-ya yönəlməməyimiz idi. Onlar daima bizi hədələyirdilər. O zaman bizə qarşı hazırlıq başladı və təəssüf ki, mən onda bu məsələyə lazımi diqqət ayırmadım.

Həmin vədə bizə demişdilər ki, əgər siz müqaviləni imzalamasanız, o zaman onu başqa hökumətə imzaladarıq və dediklərini də etdilər”.


Müəllif: