23 Fevral 2015 00:31
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada hüquq-mühafizə orqanları Somalinin "Əş-Şabab" terror qruplaşmasının West Edmonton Mal ticarət mərkəzində terror aktı törətmək hədəsindən ciddi narahat olub.

Teleqraf.com-un TASS-a istnadən xəbərinə görə, bu barədə Edmonton şəhərinin də tərkibinə daxil olduğu Albert əyalətinin polisindən bildiriblər.

Polisin bəyanatında "Əş-Şabab" terror qruplaşması üzvünün Kanada, ABŞ və Böyük Britaniyada iri ticarət mərkəzlərində mümkün terror aktlarından bəhs etdiyi videoyazının mütəxəssislər tərəfindən araşdırıldığı bildirilir

.

"Hazırda araşdırma aparılır. Lakin hələlik Kanada vətəndaşlarının həyatına təhlükə olduğu barədə informasiyaya malik deyilik", - polisdən bildiriblər.

Edmonton Albert vilayətində ikinci böyük şəhərdir. Burada 800 mindən artıq adam yaşayır.

Nihad


Müəllif: