16 May 2014 10:35
538

Nasistlərin liderinin evi qaçqınlar üçün istifadəyə veriləcək.


Nasizm ideyasının yaradıcısı, Alman Nasional Sosialist Fəhlə Partiyasının sədri Adolf Hitlerin doğulub böyüdüyü ev qaçqın mərkəzinə çevrilə bilər. Avstriya rəhbərliyi həmin evdə qaçqınlar üçün dil məktəbini açmağı planlaşdırır.



"Bizim üçün bu evin nə məna daşıdığını düşünsək, insanların xeyrinə istifadə edilməsi çox əhəmiyyətlidir", - deyə Avstriya daxili işlər nazirliyi mətbuat katibi Aleksandr Marakovits bildirib.



Evin sahibiylə müzakirələr aparılır. Neo-nasistlərin təxribatından qorxan ev sahibi bundan əvvəl burada Nasizm üzərində qazanılan zəfərin muzeyinin açılmasına qarşı çıxmışdı. Bələdiyyə rəhbərliyi isə bu evdə pansionat açmağı planlaşdırırdı. Lakin şəhər sakinləri bu plana qarşı çıxmışdı.



Qeyd edək ki, hazırda Salzburqer Vorstat küçəsində yerləşən 15 nömrəli ev boşdur. Keçmişdə bu ev kitabxana, məktəb, bank və üzrlülər evi olaraq istifadə edilib./anspress/


Müəllif: