İraq Şam İslan Dövləti terror təşkilatı son hərbi əməliyyatlar zamanı əsir aldığı şəxslərin görüntülərini yayımlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrir təşkilatı Kərkükün cənubda 21 nəfəri əsir götürüb. Məhbusların 20-si kürd, 1-i isə Kərkük türküdür. İŞİD əsirləri narıncı edam paltarında qəfəslərə salıb. Daha sonra onları Kərkükün 44 km cənubundakı Havice mahalında xalqın arasında gəzdiriblər.
Əsirlərin edam edilib-edilmədiyi haqqında məlumat yoxdur.
Teleqraf.com əsirlərin videsunu təqdim edir:
Rüstəm