16 May 2014 10:56
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Ukraynanın paytaxtı Kiyevdə milli barışıq əldə olunması üçün keçirilən danışıqları müsbət qiymətləndirib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən bildirir.

ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Ceyn Psaki Kiyevdə keçirilən “dəyirmi masa”nı belə şərh edib: “Hər şeydən əvvəl biz, Ukrayna hökumətini ilk milli dəyirmi masanın keçirilməsi münasibəti ilə təbrik edirik. Bu ATƏT-in dəstəyi ilə keçirilən dialoqlardan biridir. Konkret olaraq bu tədbir uğurlu alındı, orada yüzlərlə insan iştirak etdi, danışıqlar şəffaf və KİV-ə açıq şəkildə keçirildi. Növbəti dəyirmi masa yaxın vaxtlarda Donetsk şəhərində keçiriləcək. Kiyevdə keçirilən dəyirmi masa haqqında: Bu danışıqlarda şərq regionlarından olan liderlər də daxil olmaqla Ukrayna cəmiyyətinin bütün elementləri iştirak edib. İştirakçılar zorakılıq hallarından uzaq olmaları barədə razılığa gəliblər. Lakin bir neçə şəhərlərdə cinayət tədbirlərində iştirak edən Rusiya meylli qüvvələr dəyirmi masada iştirak etməyiblər. Bu halda söhbət Şərq regionlarında yaşayan 6,5 milyon ukraynalını təmsil etməyən az sayda insandan gedir. Bu regionların əhalisinin maraqları yerli və regional liderlər, sahibkarlar və din xadimləri tərəfindən təmsil olunur. Biz bunu irəliyə doğru müsbət addım hesab edirik və daha çox belə addım görməyə ümid edirik”.


Müəllif: