23 Fevral 2015 17:39
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarkovda baş verən terror aktı nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, dünən hadisə zamanı açıq kəllə-beyin travması alan və komaya düşən 15 yaşlı yeniyetmə dünyasını dəyişib.

Qeyd edək ki, dünən Xarkovda dinc aksiya zamanı terror aktı törədilib. Ukrayna hakimiyyəti terror aktının rusiyayönlü separatçılar tərəfindən piyada əleyhinə minanın partladılması ilə törədildiyini idia edir.

Nihad


Müəllif: