23 Fevral 2015 20:11
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə Husilərin ev dustaqlığından xilas olaraq Aden şəhərinə gedən Prezident Əbdürrabi Mənsur Hadinin qardaşı oğlu qaçırılıb.

Axar.az xəbər verir ki, prezidentin ailəsinə yaxın olan mənbələrdən verilən məlumata görə, Hadinin qardaşı oğlu Nasir Əhməd Mənsur şiə Ənsarullah Hərəkatının (Husilər) yaraqlıları tərəfindən qaçırılıb.

Daha əvvəl istefa verdiyini açıqlayan Prezident Hadi Adendə “dövlət başçısı” adından istifadə edərək verdiyi yazılı açıqlamada şiə Ənsarullah Hərəkatının Sənanı ələ keçirdiyi 21 sentyabrdan bəri alınan bütün qərarların etibarsız olduğunu bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl prezidentin Adendəki evi də Husilər tərəfindən yağmalanmışdı.


Müəllif: