24 Fevral 2015 01:44
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin onun administrasiyasının əməkdaşlarının Ukraynda Maydanda insanların güllələnməsində iştirak etmədiyini bəyan edib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Putin bu barədə Rusiya telekanallarından birinin efirində bildirib.

«Bizim əlaqələrimiz qalır. Mən hərdən Ukrayna rəhbərliyinin açıq bəyanatlarına təəccüblənirəm. Məsələn, bir il əvvəl bizim administrasiyanın əməkdaşlarının Maydanda faciəli hadisələrdə iştirakı haqqında deyilənlərə. Bu, tamamilə cəfəngiyyatdır. Bu, həqiqətdən o qədər uzaqdır ki, belə fikirlərin haradan qaynaqlandığına təəccüblənirsən".

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko Rusiyanın "Alfa" qrupu döyüşçülərinin ötən ilin fevralında Maydanda kütləvi qırğında iştirak etdiklərini bildirib. O, hətta Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun snayper qruplarının təşkilinə rəhbərlik etdiyini də iddia edib.

Nihad


Müəllif: