24 Fevral 2015 02:12
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Normand dördlüyü" ölkələrinin xarisi işlər nazirləri Parisdə bir araya gələcək.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirləri cümə günü Ukraynadakı böhranın həlli ilə bağlı praktiki addımları müzakirə ediblər. Onlar yaxın vaxtlarda görüşmək qərarına gəliblər.

Ukrayna XİN-in siyasət və kommunikasiya departamentinin direktoru Aleksey Makeev bildirib ki, rəsmi Kiyev bu görüşdə iki məsələni - atəşkəs rejiminə əməl olunmaması və Donbasa sülhməramlıların yerləşdirilməsi perspektivini qaldıracaq.

Ukraya münaqişə bölgəsinə beynəlxalq kontingentin yerləşdirilməsi ilə bağlı artıq BMT və Avropa İttıfaqına müraciət edib.

Nihad


Müəllif: