24 Fevral 2015 08:58
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Iraqda beynəlxaq koalisiyanın hava zərbələri nəticəsində 52 “İŞİD” silahlısı məhv edilib.

Teleqraf.com-un Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, həmçinin terrorçular paytaxt Bağdaddan 200 km şimal-qərbdə yerləşən Əl-Bağdadi şəhərinin bir hissəsinə nəzarəti itiriblər. İraq ordusunun hücumları nəticəsində burada 20-dək “İŞİD” silahlısı öldürülüb.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinə məxsus hərbi təyyarələrin Iraq və Suriyada “İŞİD”in mövqelərinə 25 hava zərbəsi endirməsi barədə məlumat yayılmışdı.


Müəllif: