16 May 2014 11:09
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya və Bosniyada son 120 ilin ən güclü daşqınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Serbiyada leysan yağışların səbəb olduğu daşqın nəticəsində artıq 2 nəfər ölüb.


Çaylar öz məcrasından çıxıb, şəhər və kəndləri su basıb. Bəzi yaşayış məntəqələrinin ətraf aləmlə əlaqəsi kəsilib. Yollar bağlanıb, elektrik enerjisi təchizatı dayandırılıb. Yüzlərlə sakinin evakuasiya edilib. Təkcə paytaxt Belqradda son 40 saat ərzində iki aylıq norma qədər yağıntı düşüb. Yüzlərlə avtomobil və avtobus yollarda qalıb, iki əsas dəmiryolu da bağlanıb. Serbiyanın Baş naziri Aleksandr Vuçiç kömək üçün Avropa Birliyinə və Rusiyaya müraciət edib.


Bosniyada da çayların öz məcrasından çıxması nəticəsində əsl xaos yaranıb. Paytaxt Sarayevo və Maqlaj şəhərlərində küçələrin əksəriyyyətini su basıb. Meteoroloqlar yağışlı havanın həftəsonuna kimi davam edəcəyini proqnozlaşdırırlar./anspress/


Müəllif: