24 Fevral 2015 14:37
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail kəşfiyyat orqanı «Mossad»ın İranın nüvə silahı hazırlamaq gücündə olmadığı barədə iddiası ölkəni qarışdırıb.

Teleqraf.com xəbər verir ki, “Mossad”a aid olan gizli yazışma Baş nazir Binyamin Netanyahunun 2012-ci ildə "İran nüvə silah hazırlamağa çalışır" açıqlmasının yalana söykəndiyini ortaya çıxarıb.

ABŞ xarici işlər naziri Con Kerri də İrana qarşı sanksiyalar mövzusunda “Mossad”ın Təl Əviv rəhbərliyindən fərqli düşündüyünü demişdi. Ancaq “Mossad” bu xəbərlərin yalan olduğunu bildirmişdi.

Məlumata görə, İran uranı nüvə silah hazırlaya biləcək nisbətdə zənginləşdirəcək səviyyədə deyil.

"Qardian" və "Əl-Cəzirə"nin yaydığı məlumatda bildirlir ki, bu informasiya CAR-ın kəşfiyyat qurumu SSA-nın İngiltərə, İsrail, ABŞ, Rusiya və hətta İran kəşfiyyatıyla apardığı yazışmalar zamanı ortaya çıxıb.

Rüstəm


Müəllif: