25 Fevral 2015 10:56
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 pilot şəhid oldu

Türkiyədə gecə təlimi üçün havaya qalxan 2 RF-4E tipli (Fantom) kəşfiyyat təyyarəsi eniş zamanı toqquşub.

Teleqraf.com xəbər verir ki, qəza zamanı 4 zabit şəhid oldu. Hadisə yerinə Malatya, Diyarbəkir və Elazığdan xüsusi xilasetmə qrupları (AFAD), jandarma və təcili yardım göndərilib.

Jandarma və AFAD qruplarının axtarışları nəticəsində təyyarələrin qalıqları İkincilər kəndi yaxınlığında tapılıb.

Qəza yerində mayor Saleh Sezer, baş leytenant Saleh Atalay ilə rütbələri bilinməyən Zeynel Özbahçeçi və Onur Özkayanın cəsədləri tapılıb və Akçadağ Dövlət Xəstəxanasına göndərilib.

Daha öncə Suriya yaxınlığında beynəlxalq hava sahəsində qəzaya uğrayan RF-4E təyyarələrinin ilin sonunda istifadədən çıxarılması planlaşdırılıb.

Qeyd edək ki, son 35 ildə RF-4E kəşfiyyat təyyarələri 12 dəfə qəzaya düşüb və 12 türk pilotu şəhid olub.

Rüstəm


Müəllif: