25 Fevral 2015 11:22

"Rusiyanın terrorçu qoşunları Donbas münaqişə bölgəsində bütün cəbhə boyu yenidən qruplaşdırılır. Düşmənin canlı qüvvə və texnikasının daha çox iki - Bryanka-Staxanov və Mariupol istiqamətlərində səmləşdiyi müşahidə olunur".

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu fikirləri "İnformasiya müqaviməti"nin rəhbəri, Ali Radanın deputatı Dmitri Tımçuk Facebook-da bildirib.

Onun sözlərinə görə, Mariupol istiqamətində 550-600 döyüşçü, 15 tank, 25 BMP, 20 nəqliyyat vasitəsi, 15-dən çox artilleriya qurğusu, 8 yayılım atəşli reaktiv sistemi cəmləşdirilib.

Nihad


Müəllif: