25 Fevral 2015 22:48
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya İraqa ordu göndərməyi qərara alıb.

Teleqraf.com-un "Reuters"-ə istinadən məlumatına görə, bu barədə ölkənin baş naziri John Key parlamentdə çıxışı zamanı söyləyib.

O, İraq ordusunun təkmilləşməsinə kömək edəcək 140 əsgərin göndəriləcəyini bildirib. Key onu da vurğulayıb ki, Zelandiya ordusu İraqda gedən savaşlarda iştirak etməyəcək.

Həmçinin, o, göndəriləcək 140 hərbiçidən 106 əsgəri Bağdadın 22 km şimalındakı Tai hərbi düşərgəsində yerləşdiriləcəyini sözlərinə əlavə edib.


Müəllif: