25 Fevral 2015 23:13
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın cənub-şərqində münaqişənin nizamlanması üzrə təmas qrupu son günlər ərzində Donbasda gərginliyin azaldığını qeyd edib.

Teleqraf.com-un “Rosbalt”-a istinadən məlumatına görə, bu barədə fevralın 25-də keçirilən videokonfransda deyilib.

“Təmas qrupunun üzvləri, həmçinin, ağır artilleriyadan atışma hallarının azaldığını qeyd edib. Sabah işlərimizi davam etdirəcəyik”, deyə rəsmi Kiyevi qrupun iclasında təmsil edən Ukraynanın eks-prezidenti Leonid Kuçmanın köməkçisi bildirib.

Qeyd olunur ki, bu, təmas qrupunun 12 fevral Minsk danışıqlarından sonra videokonfrans formatında keçirilən sayca ikinci görüşüdür. İlk müzakirələr fevralın 17-də baş tutmuşdu.


Müəllif: