26 Fevral 2015 00:24
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda “donuz qrip”i virusundan (H1N1) ölənlərin sayı 935 nəfərə çatıb.

Teleqraf.com-un TASS-a istinadən verdiyi xəbərə görə, xəstəliyə 16 mindən çox insan yoluxub.

Hindistanın səhiyyə naziri Caqat Prakaş Nadda vəziyyətin ciddi olduğunu bildirərək vətəndaşları təşvişə düşməməyə çağırıb. “Hökumət virusun yayılmaması üçün bütün lazımı tədbirlər görür”, deyə nazir bildirib.

Qeyd edək ki, “donuz qrip”inə yoluxma halları Hindistanın 28 ştatından 22-də qeydə alınıb.


Müəllif: