26 Fevral 2015 11:31
1 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada çıxan “Novaya qazeta” 2014-cü ilin 4-12 fevralında Kremldə aparılmış gizli danışıqların detallarından yazıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin Ukrayna ssenarisini öncədən planlaşdırıb. Plana əsasən, Ukrayna böhranına dair 7 mərhələli “yol xəritəsi” hazırlanıb.

Plan Kiyevdə Maydan hərəkatı başlayanda müzakirəyə çıxarılıb. O zaman Ukrayna prezidenti olan Viktor Yanukoviçin Rusiyaya sığınması da həmin plana əsasən həyata keçirilib. Yanukoviçin Rusiyaya gəlməsindən sonra Putinin qrupu vaxt itirmədən Krımın ilhaqı üçün hərəkətə keçib. Mart ayında isə Krım Rusiyanın torpağı olub.

Krımın ilhaqına qanuni bazayaratmaq üçün Ukraynanın digər bölgələrində də müstəqillik referendumu ssenariləri həyata keçirilib.

Planda Rusiyaya qarşı tətbiq olunacaq iqtisadi sanksiyaları da nəzərdə tutulub.

Ən əhəmiyyətli uğurun isə rus ordusunun yenidən canlanmasının olduğu bildirilib. “Novaya qazeta” yazır ki, bu plan Rusiyanı qlobal aləmdə “oyun qurucusu” mövqeyinə yüksəlib.

ABŞ və Qərb ilk gündən Ukraynadakı böhranında Rusiya hökumətini günahlandırır. Rusiya isə iddiaları rədd edir.

Rüstəm


Müəllif: