26 Fevral 2015 14:11
581

Minlərlə adamın arzuladığı kosmos səyahəti üçün Türkiyədən də 4 müraciət daxil olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, kosmosa səfərin qiyməti isə 100 min dollardır.

VIP Turizm 2015-ci ildə reallaşdıracağı layihə haqqında məlumat verib. Ceylan Pirinççioğlu kosmos səyahət üçün artıq geri sayımın başladığını deyib. O, sınaq uçuşlarının bu il iyun ayında start götürəcəyini bildirib.

“Hilton və başqa şirkətlər qrupu kosmosda otel açmağı planlaşdırır. Oraya gedən turistlərin orbitdə gəzmək imkanı olacaq. Kosmosda yaradılacaq otellər milyonlarla ulduzun əhatəsində olacağı üçün “milyon ulduzlu” otel kimi də adlandırıla bilər.”

Kosmos turizmi üçün dünyada minlərlə adamın müraciət etdiyini bildirən Pirinçcioğlu “Kosmosa səyahət etmək istəyən on minlərlə adamın arasında Türkiyədən də 4 nəfər var. Bu səyahətin qiyməti isə 100 min dollar olacaq. Səyahətə çıxmaq istəyənərin arasında Leonardo Di Kaprio, Stivin Hokinq, Castin Biber və Ledi Qaqa kimi məşhurlarla birlikdə Türkiyədən Ahu Aysal, Ercan Kayqısız, Timur Özkan və Ali Şenin adı var.” deyib.

Rüstəm


Müəllif: