26 Fevral 2015 16:46
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxstanda növbədənkənar prezident seçkilərinin vaxtı açıqlanıb.

Teleqraf.com bildirir ki, bu barədə Qazaxstan prezidenti Nursultan Nazarbayev televiziya ilə xalqa müraciətində bəyan edib.

26 aprel 2015-ci ildə Qazaxstanda növbəti seçkilər keçirləcək. N.Nazarbayev bildirib ki, seçkilərdə namizəd kimi iştirak barədə hələ qərar verməyib. “Seçkidə iştirakla bağlı qərarımı müəyyən vaxtdan sonra qəbul edəcəyəm”, - deyə N.Nazarbayev vurğulayıb.

Prezident növbədənkənar seçkilərin keçirlməsi qərarını onun 2016-cı ildəki parlament seçkiləri ilə üst-üstə düşməsi səbəbindən verdiyini bildirib.

X.Səfəroğlu


Müəllif: