26 Fevral 2015 16:52
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində bir ildə əhalinin sayı 7 milyon artıb.

Teleqraf.com bildirir ki, Çinin dövlət statistika idarəsininin açıqladığı məlumata görə, 2014-cü ildə ölkə əhalisinin sayı 1 milyard 367 milyon nəfərə çatıb.

Ötən il ölkədə 16,9 milyon doğum, 9,8 milyon ölüm qeydə alınıb. Çində kişilərin sayı qadınlardan hiss ediləcək dərəcədə artıdır. Belə ki, Çində kişilərin sayı qadınlardan 33,8 milyon nəfər çoxdur. 16 yaşına qədər olan uşaqlar və yeniyetmələr ölkə əhalisinin 17,5 faizini təşkil edir. Əhalinin 54 faizi şəhərlərdə yaşayır.

X.Səfəroğlu


Müəllif: