27 Fevral 2015 01:19
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Cənubi Osetiya və Abxaziyanın separatçı rejimləri ilə müqavilə imzalaması onun addım-addım bu əraziləri ilhaq etməsi istəyindən xəbər verir.

Teleqraf.com-un gürcü KİV-ə istinadən xəbərinə görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

"Ukraynadakı hazırkı böhran bizdə böyük narahatlıq doğurur və Avropa kontingentində təhlükəsizliklə bağlı situasıyanı ağırlaşdırır. Mən deyərdim ki, Rusiyanın Cənubi Osetiya və Abxaziyanın separatçı rejimləri ilə müqavilə imzalaması onun addım-addım bu əraziləri ilhaq etməsi istəyindən xəbər verir", - Qaribaşvili Brüsseldə çıxışı zamanı bildirib.

Qeyd edək ki, Rusiya Abxaziyanın separatçı rejimi ilə "strateji tərəfdaşlıq və müttəfiqlik barədə müqavilə" imzalayıb. Bu il fevralın 4-də isə Rusiya prezidenti Vladimir Putin bu müqavilənin ratifikasiyası barədə qanunu imzalayıb.

Fevralın 18-də isə Rusiya xarici işlər naziri Sergey Lavrov və Cənubi Osetiyanın "müdafiə naziri" dövlət sərhədi haqqında müqavilə imzalayıblar.

Qeyd edək ki, Rusiya Gürcüstandakı adı çəkilən separatçı rejimləri dəstəkləyir.

Nihad


Müəllif: