27 Fevral 2015 01:34
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli kəşfiyyatının direktoru Ceyms Klepper separatçıların yazda Mariupola hücumunu mümkün sayır.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Ceyms Klepper qeyd edib ki, hadisələrin inkişafının bu variantı qaçılmazdır.

Onun sözlərinə görə, döyüşçülər bütün Ukrayna ərazisini deyil, Luqansk və Donetsk vilayətlərini ələ keçirmək istəyir. Hücumun hədəfi dənizdə vacib strateji əhəmiyyəti olan Mariupol ola bilər.

ABŞ Milli kəşfiyyatının direktoru deyib ki, separatçılar aktiv hücum əməliyyatlarına başlamaq üçün yazın gəlişini gözləyə bilər.

Nihad


Müəllif: