27 Fevral 2015 14:05
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada “onlayn ordu” yaradılıb.

Teleqraf.com bildirir ki, İnformasiya Siysəti Nazirliyinin təşəbbüsü ilə yaradılan “informasiya ordusu”nun əsas məqsədi sosial şəbəkə istifadəçilərinin çevik qruplarını birləşdirərək Rusiya KİV-də Kiyevə qarşı aparılan yalan və böhtan kampaniyasına qarşı mübarizədir. Arzu edən hər bir şəxs “ordu”nun internet saytında qeydiyyatdan keçə bilər. Saytda qeydiyyatdan keçdikdən sonra e-mail poçtuna müvafiq tapşırıqlar əks olunmuş sənəd göndərilir.

“Rusiya KİV-lərində gedən məlumatlardakı yalanları aşkar etmək, onlara informasiya və psixoloji təzyiq göstərmək əsas məqsəddir” - deyə nazir Yuri Stets etiraf edib. “İnformasiya döyüçülərinə” verilən tapşırığa görə, onlar rus saytlarında verilən xəbərlərə şərhlər yazmalı, müzakirə açmalı və xəbərdəki yalanı ifşa etməlidirlər. Təzə yazılan “döyüşçülərə” status yazmaq qaydalarını öyrətmək üçün xüsusi qruplar da yaradılıb.

Tapşırıqın birinci bəndinə görə, hamı təsdiq edir ki, rus KİV-ləri Kreml tərəfindən idarə olunur. “Odur ki, heç bir halda Rusiya KİV-lərinin məlumatlarını yaymaq olmaz. Hətta əgər orada Ukraynanın xeyirnə belə xəbər varsa, onu paylaşmaqdan imtina olunmalıdır. Çünki bu yolla ruslar bizim informasiya məkanımıza daxil olmağa cəhd edirlər”, - deyə sənəddə vurğulanır.

“İnformasiya ordusu” artıq birinci tapşırığını alıb. “Ordunun” baş qərargahı Rusiya KİV-lərinə hucuma keçmək əmri verib. İlk hucum isə Rusiyanın nufuzlu “lifenews.ru” portalına edilib. Bu portal Ukrayna hadisələrinin təhrif olunmuş formada verilməsi ilə fərqlənir.

X.SƏFƏROĞLU


Müəllif: