27 Fevral 2015 15:30
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bosfor boğazının altından ikinci tunelin tikintisinə başlanıldığını elan edib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, tunel İstanbulun Avropa və Asiya hissələrini birləşdirəcək.

Baş nazirin sözlərinə görə, tikinti layihəsi "Böyük İstanbul Tuneli" adlanır: "Tunel vasitəsilə avtomobil və dəmiryol nəqliyyatının hərəkəti həyata keçiriləcək".

Layihənin dəyəri 3,5 milyard dollardır. Tunelin tikintisini 2020-ci ildə başa çatdırmaq planlaşdırılır.


Müəllif: