27 Fevral 2015 23:13
515

Ukrayna prezidenti Petr Poroşenko və Almaniya kansleri Anqela Merkel arasında növbəti telefon danışığı baş tutub.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti informasiya yayıb.

“P.Poroşenko Ukraynada sülhməramlı hərbi kontingentin yerləşdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda, adıçəkilən kontingentin Avropa İttifaqının missiyası kimi formalaşmasında Ukraynanın maraqlı olduğunu vurğulayıb”, məlumatda deyilir.

A.Merkel, öz növbəsində, Ukraynaya Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən maliyyə yardımı ayrılması məsələsində kömək edəcəyini vəd edib.


Müəllif: