28 Fevral 2015 10:53
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın tanınmış siyaətçisi, deputat Boris Nemtsov bir necə ay bundan əvvəl sosial şəbəkələr vasitəsilə təhdid edilib. Bunu Boris Nemtsovun Dövlət Dumasındakı köməkçisi Olqa Baxtina deyib. Bu barədə Trend TASS Agentliyinə istinadən bildirir.

Köməkçinin sözlərinə görə, hətta 2014-cü ilin sonunda sosial şəbəkələrdə Boris Nemtsova edilən təhdidlərin biri ilə bağlı polis orqanlarına müraciət edilmişdi.

O.Vaxtina qətlin qısqanclıq zəminində baş vermə ehtimalını mümkün saymır: “Boris Nemtsov çox güclü diplomat idi. Mənə məlum olan odur ki, onun bütün uşaqları və arvadları ilə münasibətləri yaxşı idi”.

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov fervalın 28-də egcə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.


Müəllif: