28 Fevral 2015 11:18
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş İran prezidenti Əhmədinejat anım mərasimindəki çıxışı zamanı problemlə qarşılaşıb.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nəcməddin Ərbakanın anım mərasimində çıxış edən eks-prezident bir qrup insan tərəfindən gözlənilməz etirazla qarşılaşıb.

Eks prezident kürsüdə çıxış etdiyi zaman salonun arxa sıralarında oturan bir qrup şəxs “Azad Suriya ordusu”nun bayrağını açaraq etiraza başlayıb. Yaranan qalmaqal səbəbindən 6 nümayişçi salondan çıxarılaraq polis idarəsinə aparılıb.

Əhmədinejat durumu xarakterizə edərkən “Bölgəmizə və bütün dünyaya göz gəzdirdiyimizdə baş verən ixtilaflar və qarşıdurmalarda Amerika hökuməti, onların müttəfiqləri və sionistlərin əllərini aydın şəkildə görə bilərik", - deyə bildirib.


Müəllif: