1 Mart 2015 16:57

Moskva və Sankt-Peterburqda matəm yürüşləri keçirilir. Moskvada fevralın 27-i qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun xatirəsinə həsr olunan matəm yürüşü başlayıb.

Teleqraf.com-un məlumatına görə, yürüş iştirakçıları əllərində Nemtsovun portrertlərini tutublar. Yürüş Slavyansk meydanından keçməklə Nemtsovun qətlə yetirildiyi Böyük Moskva çayı körpüsünədək davam edəcək. Moskva meriyası ilə razılaşdırılmış yürüşdə 50 min nəfərin iştirakı nəzərdə tutulub.

Hazırda Rusiyada həbsdə olan Ukrayna hərbçisi Savçenkonun müdafiə edən dəstənin də yürüşə qatılacağı deyilir. Moskva ilə yanaşı Sankt-Peterburqda da Nemtsovun xatirəsini anım yürüşü keçirilir.


Müəllif: