1 Mart 2015 18:04
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları şahidlərin verdikləri ifadələr əsasında Boris Nemtsovun qatillərinin eskizlərini cızıblar.

Axar.az xəbər verir ki, ifadələr nəticəsində qatilin 170-175 sm boya, adi bədən ölçüsü, qısa və qara saçlara malik olduğu müəyyən edilib. Bundan başqa qatilin mavi cins və qəhvəyi rəngli sviter geyindiyi məlum olub.

Qətllə bağlı ən dəqiq məlumatı Nemtsov öldürülən zaman hadisə yerindən təxminən 80 metr uzaqlıqda olan Viktor M. adlı şəxs verib.

Bundan başqa polisin qatilin mindiyi avtomobili də müəyyən etdiyi məlum olub. Qatil Osetiya nömrə nişanlı gümüş rəngli VAZ-21102 markalı avtomobilə əyləşərək uzaqlaşıb. Avtomobilin dəqiq nömrəsi deyilmir.


Müəllif: