2 Mart 2015 00:34
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının Moskvada saxlanılan deputatı Aleksey Qonçarenko rusiyalı müstəntiqlərə Odessadakı faciə ilə bağlı ifadə verməkdən imtina edib. Musavat.com xəbər verir ki, məlumatı "İnterfaks" agentliyi vəkil Mark Feyginə istinadən yayıb. "O, ifadə verməyib", - vəkil bildirib.

Musavat.com "Ukrainskaya paravda"ya istinadən xəbər verir ki, deputatın özü dindirmə ilə bağlı açıqlama verib. "Müstəntiqlərdən biri dedi ki, mənim Odessada mayın 2-də baş vermiş hadisələrdə iştirakımı aydınlaşdırmaq istəyirlər", - Qonçarenko bildirib.

Deputat bildirib ki, ona həkim çağırmaqdan imtina ediblər: "Bu, vəhşilikdir".

Deputat qeyd edib ki, hazırda Ukraynanın Rusiyadakı səfirliyinin binasındadır.

Qeyd edək ki, Aleksey Qonçarenko saxlanılmış və bir neçə saat sonra bu gün məhkəməyə getmək şərti ilə azadlığa buraxılmışdı.


Müəllif: