2 Mart 2015 05:34
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama, Konqresin ABŞ-ın və Qərbin İranla apardığı nüvə danşıqlarına müdaxiləsinə imkan verən qanun layihəsinə veto qoyacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə verilmiş xüsusi bəyanatda Ağ Ev rəsmiləri bildirib ki, prezidentin fikrincə hazırda İrana dair əlavə qanunvericiliyin qəbul edilməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, hazırda ABŞ və dünyanın əsas gücləri İranla onun nüvə proqramına dair danışıqlar aparır.

Danışıqlarda əldə olunacaq sazişdə bir sıra sanksiyaların qaldırılması müqabilində Tehrandan nüvə proqramının məhdudlaşdırılması gözlənilir.

Konqresin hazırladığı İranla Nüvə Razılaşmasının Müzakirəsi Qanunu Tehranla imzalanmış hər hansı sənədin yekun müqavilənin imzalanmasından 5 gün əvvəl Konqresə təqdim olunmasını nəzərdə tutur. Konqresin bu qanun layihəsi həmçinin prezidentin İrana qarşı sanksiyaları ləğv etməsini mümkünsüz edərək məsələnin siyasi həllini mümkünsüz edir.

Onu da qeyd edək ki, ABŞ, Rusiya, Çin, Fransa, Almaniya və Britaniyanın İranla apardığı danışıqlar martın sonunadək yekunlaşmalıdır.


Müəllif: