2 Mart 2015 10:22
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresində 1915-ci il hadisələrinin 100-cü il dönümündə “soyqırımı” ilə bağlı qətnamə layihəsi keçirmək istəyən erməni lobbisinə ilk reaksiya respublikaçı konqresmen Bill Şusterdən gəlib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Şuster Konqres üzvlərinə yazdığı açıq məktubda 1915-ci ildə baş verən hadisələrin tarixi kontekst və perspektiv içərisində bir soyqırım olmadığını bildirib: “Konqres Osmanlı ermənilərinin ağrılarını deyil, o zaman həyatını itirən 2 milyon Osmanlı vətəndaşını xatırlamalıdır. ABŞ erməni lobbisinin təklif etdiyi layihəyə sponsorluq etməməlidir. Konqresin burada oynaması lazım olan rol iki tərəf arasındakı münaqişələri həll etməyə yardım etmək olmalıdır. Türkiyə problemləri masada həll etmək istəyərkən, Ermənistan 2009-cu ildə imzalanan protokolları geri çəkdiyini açıqlayıb. Türkiyə kimi bölgədəki önəmli müttəfiq yadlaşdırılmamalıdır”.

Sözügedən açıqlama ABŞ-dakı Türk-Amerikan cəmiyyətinin mühüm qurumlarından olan "İrəliləyiş üçün Türk İnstitutu" (TİBB) tərəfindən də müsbət qarşılanıb.

Samir


Müəllif: