2 Mart 2015 22:57
2 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistanda quldur dəstələrinin başçılarından biri Zəlimxan Maqomadov təslim olub.

“Çeçen respublikasının ərazi əmiri” bu gün Voykovo qəsəbəsində mühasirəyə alınıb. Onu təslim olmağa Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov inandırıb.

Maqomadovun üzərində böyük miqdarda partlayıcı maddə olub.

“Təhlükəli vəziyyət yarandı. Partlayıcı qurğunun partladılması qurbanlara gətirib çıxara bilərdi. Biz “əmir”in telefon nömrəsini operativ şəkildə tapmağı bacardıq. Onunla əlaqə saxladım, çətin danışıqlar keçirdim, sonda Maqomadovu təslim olmağa, partlayıcı qurğunu işə salmaqdan imtina etməyə inandırmağı bacardım”, - deyə Ramzan Kadırov bildirib.

Federal axtarışda olan Zəlimxan Maqomadov Kadırovun ədalətli məhkəmə olacağı barədə verdiyi sözə görə altında təslim olub.(anspress.com)


Müəllif: