3 Mart 2015 00:51
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın hüquq-mühafizə orqanları məşhur teleaparıcı Raxmatulla Mirzəyevin ölümünü araşdırır.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Özbəkistanın əməkdar mədəniyyət xadimi, milli televiziyanın direktoru Raxmatulla Mirzeyevin cəsədi bazar ertəsi günü tapılıb. Bu barədə "İnterfaks" Mirzəyevin həmkarı Müslümbəy Yuldaşevə istinadən bildirib. Teleaparıcı baş verən cinayət barədə özünün Facebook səhifəsində yazıb.

Qətlin detalları və motivi bəlli deyil. Hüquq-mühafizə orqanları hələlik məsələ ilə bağlı açıqlama vermək istəmir.

2014-cü ilin sentyabrında Raxmatulla Mirzəyevin 60 yaşı tamam olub. O, Özbəkistanın milli teleradio şirkəti tərəfindən translyasiya edilən dövlət bayramı tədbirləri və xəbərlər proqramının aparıcı direktoru olub.

Nihad


Müəllif: