3 Mart 2015 07:15
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 17-dən 27-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

AFFA-dan Teleqraf.com-a bildiriblər ki, toplanış çərçivəsində millimiz Oman, Macarıstan və Yaponiya milli komandaları ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.

Toplanışa Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Hikmət Bağırov, Rüfət Məmmədov, Asif Zeynalov, Emin Kürdov, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Vüsal İsmayılov, Sabir Allahquliyev, Ramil Əliyev, Namiq İsgəndərov və Comərd Baxşəliyev dəvət olunublar.


Müəllif: