3 Mart 2015 16:11
426

“HƏMAS” hərəkatının yaradıcılarından olan Hammat əl-Hasenat dünyasını dəyişib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, onun uzun sürən xəstəlikdən sonra öldüyü bildirilib.

İsrail 1992-ci ildə Hasenatı Qərbi İordaniyadan Livanın cənubundakı Mercuz-Zuhura sürgün edib. Onun 1987-ci ildə Şeyx Əhməd Yasin, Abdulaziz Ər-Rantisi və Mahmud Əz-Zahar ilə birlikdə “HƏMAS” hərəkatını yaratdığı qeyd edilir.

Samir


Müəllif: