16 Aprel 2014 20:39
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yeni bəyanatla çıxış edib. Nazirin sözlərinə görə, ölkənin hüquq sistemi tezliklə Fətullah Gülən tərəfdarlarından təmizlənəcək.

Teleqraf.com-un xəbərinə görə, baş nazir qeyd edib ki, bu məqsədi həyata keçirmək heç də asan deyil. “Ən azı onu nəzər almaq lazımdır ki, dövlət 35 il ərzində gizli fəaliyyət göstərən bir təşkilatla mübarizəyə girir”, - deyə, Ərdoğan bildirib.

Daha öncə Türkiyənin Baş naziri bəyan edirdi ki, bir sıra dövlət orqanları Gülən hərəkatının təsiri altındadır. Ərdoğanın sözlərinə görə, Gülən tərəfdarlarının dövlət əleyhinə apardıqları siyasət bir daha onu sübut edir ki, onlar dini hərəkat yox, siyasiləşdirilmiş qanunsuz təşkilatdır.

Ədalət və İnkişaf partiyasının Şura üzvü Məzhar Bağlının sözlərinə görə, Fətullah Gülən tərəfdarlarının fəaliyyəti, Türkiyənin milli maraqlarının məhvinə yönəlib.

Ötən il ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sorğusu ilə ekstradisiya olunacağı haqda gəzən şayiələr əsassız elan olunaraq, Ağ ev rəsmiləri tərəindən təkzib olunub. Belə ki, ABŞ dövlət nümayəndələri Türkiyə ilə strateji müttəfiqlik onlar üçün önəmli olduğu halda belə, müəyyən məsələlərdə fikir ayrılığı yaşandığını bildiriblər.

Teleqraf.com


Müəllif: